2022-ci ildə keçiriləcək şahmat üzrə İddiaçılar Turnirinin yeri və vaxtı bəlli olub.
Fanat.Az xəbər verir ki, yarış iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq.
Hazırda 6 şahmatçının turnirdə iştirakı dəqiqləşib. Onların arasında Azərbaycan təmsilçisi Teymur Rəcəbov da var. Digər qrossmeysterlər Fabiano Karuana (ABŞ), Yan-Kşiştof Duda (Polşa), Alireza Firuzca (Fransa), Sergey Karyakin (Rusiya) və onun həmyerlisi, İddiaçılar Turnirinin axırıncı qalibi Yan Nepomnyaşidir. Son iki iştirakçının adına Qran-Prinin nəticələrinə əsasən aydınlıq gələcək.