Polşanın paytaxtı Varşavada təşkil olunan rapid və blits üzrə dünya çempionatında bu gün blits yarışına start veriləcək.
Fanat.Az xəbər verir ki, iki gün davam edəcək turnirdə kişilər 21, qadınlar 17 turun nəticəsinə əsasən qalibi müəyyənləşdirəcək. İlk olaraq kişilər 12, qadın şahmatçılar 9 turda mübarizə aparacaqlar.
Azərbaycanı kişilərin yarışında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Xəzər Babazadə və Vüqar Əsədli təmsil edirlər. Qadınların mübarizəsində isə Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Zeynəb və Türkan Məmmədyarovalar uğur qazanmağa çalışacaqlar.
Qeyd edək ki, dekabrın 26-dan 28-dək keçirilən rapid yarışında kişi şahmatçılarımızdan ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov, qadınlardan Gülnar Məmmədova göstərib. Məmmədyarov 13 turdan 9 xalla 8-ci, Məmmədova 11 turdan 7,5 xalla 12-ci olub. Kişilərdə çempion adını Nodirbek Abdusattorov (Özbəkistan), qadınlarda Aleksandra Kostenyuk (Rusiya) qazanıb.
Sahib