Tunisdə 125 şahmatçının iştirakı ilə beynəlxalq turnir davam edir.
Fanat.Az xəbər verir ki, yarışda yeddinci turun görüşləri keçirilib. Azərbaycan şahmatçılarından Misrətdin İsgəndərov latviyalı İqor Kovalenko ilə, Nərmin Kazımova yəmənli Bəşir Əl-Qudaimi ilə heç-heçəyə razılaşıb. Ülviyyə Fətəliyeva isə Fransa şahmatçısı Maksim Laqardla dueldən məğlub ayrılıb.
Beləliklə, xalını 5,5-ə çatdıran Misrətdin turnir cədvəlində 7-ci pillədə qərarlaşıb Kazımova 4,5 xalla 29-cu, 4 xala sahib Fətəliyeva 39-cu yerdədir.
Sıralamaya 6,5 xalla iranlı Məsud Mosadeqpur başçılıq edir.
İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışa dekabrın 30-da yekun vurulacaq.
Sahib