Azərbaycan şahmatçısı Qədir Hüseynov onlayn “Titled Tuesday Blitz” turnirinin qalibi olub.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster 11 turdan 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Digər təmsilçilərimizdən Murad İbrahimli yarışı 7,5, Zaur Bayramov 7 xalla başa vurub.
Turnirdə ümumilikdə 370 şahmatçı iştirak edib.