Gürcüstanda 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu ünvana ardıcıl 2-ci dəfə Rusiyanın "Rubin" klubunun hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya sahib çıxıb.
20 yaşlı vinger ölkəsində ötən ilin də ən yaxşısı seçilib.
Qeyd edək ki, Gürcüstan millisinin də formasını geyinən Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.