Tunisdə 125 şahmatçının iştirakı ilə beynəlxalq turnir davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün səkkizinci turun görüşləri keçirilib. Azərbaycan təmsilçilərindən Misrətdin İsgəndərov çexiyalı Jiri Stoçeki, Ülviyyə Fətəliyeva Birləşmiş Ərəb Əmirliklərindən olan Bader Hamadı məğlub edib.
Digər şahmatçımız Nərmin Kazımova isə İqor Xenkinlə (Almaniya) heç-heçəyə razılaşıb.
Beləliklə, xalını 6,5-ə çatdıran Misrətdin turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Sabah baş tutacaq son tur ərəfəsi onu lider Məsud Mosadeqpurdan (İran) cəmi 0,5 xal ayırır.
Hərəyə 4,5 xal toplayan Fətəliyeva və Kazımova uyğun olaraq 24 və 30-cu yerdədirlər.