Futbol üzrə Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”dan ayrılmayacaq.
Fanat.Az xəbər verir ki, bunu TVPSPORT-a müsahibəsində Varşava klubunun yeni idman direktoru Yatsek Zelinski deyib:
"Görünən budur ki, əsas komandadan heç kim getməyəcək. Mahir Emreli, Mateuş Veteska və Bartoş Slişinin klubdan ayrılacağı ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Hazırda hansısa futbolçu ilə vidalaşmaq gündəmdə deyil".
Emreli "Legiya" ilə bu yay 3+1 illik müqavilə imzalayıb. Fanatların Ekstraklassanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın avtobusuna hücumu zamanı başından xəsarət alan millimizin üzvünün bu olaya görə paytaxt təmsilçisindən ayrılmaq qərarına gəldiyi bildirilir.