Bu gün Polşanın paytaxtı Varşavada təşkil olunan rapid və blits üzrə dünya çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, son olaraq kişilər blits üzrə daha 9, qadın şahmatçılar 8 turda mübarizə aparacaqlar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov 13-cü turda Aleksandr Predke, Məhəməmməd Muradlı Aleksey Sarana (hər ikisi Rusiya), Rauf Məmmədov Yorden Van Forest (Niderland), Vasif Durarbəyli Manuel Petrosyan (Ermənistan), Vüqar Əsədli Pentala Harikrişna (Hindistan), Aydın Süleymanlı Şamsiddin Voxidov (Özbəkistan), Xəzər Babazadə Yevgeni Postnı (İsrail) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hazırda 8 xalı olan Muradlı turnir cədvəlində 17-ci sırada qərarlaşıb. Şəhriyar və Rauf hesabına 7,5, Vasif və Vüqar 7, Aydın 6, Xəzər 5 xal yaza bilib. Turnir cədvəlinə 10 xalla ABŞ təmsilçisi Levon Aronyan başçılıq edir.
Qadın şahmatçılarımızdan Xanım Balacayeva 10-cu turda rumıniyalı İrina Bulmaqanı sınağa çəkəcək. Zeynəb Məmmədyarova Marta Miçna (Almaniya), Gülnar Məmmədova Aqraval Vantika (Hindistan), Türkan Məmmədyarova Aleksandra Laç, Gövhər Beydullayeva Jolanta Zavadzka (hər ikisi Polşa) ilə üz-üzə gələcək.
Xanım, Zeynəb, Gülnar və Türkan hərəyə 5 xal toplayıblar. Beydullayevanın isə 3,5 xalı var. Sıralamanın lideri 8 xala malik qazaxıstanlı Bibisara Assaubayevadır.
Qeyd edək ki, dekabrın 26-dan 28-dək keçirilən rapid yarışında kişi şahmatçılarımızdan ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov, qadınlardan Gülnar Məmmədova göstərib. Məmmədyarov 13 turdan 9 xalla 8-ci, Məmmədova 11 turdan 7,5 xalla 12-ci olub. Kişilərdə çempion adını Nodirbek Abdusattorov (Özbəkistan), qadınlarda Aleksandra Kostenyuk (Rusiya) qazanıb.
Sahib