Qəbələdə təlim-məşq toplanışını yekunlaşdıran taekvondo üzrə Azərbaycan milli komandası hazırlıqların növbəti mərhələsini ölkə xaricində davam etdirəcək. Meksikanın Puebla şəhərində təşkil olunacaq dünya çempionatı öncəsi geniş təlim-məşq toplanışı keçirən milli komandamız bu gün - iyunun 21-də Gürcüstanın Qudauri şəhərinə gedəcək.
İdmançılarımız 12 gün ərzində əsasən fiziki və texniki məşqlərə üstünlük verəcəklər.
Taekvondoçularımız baş məşqçi, Əməkdar Məşqçi Ələkbər İmaməliyev və qadınlardan ibarət milli komandanın baş məşqçisi, Əməkdar Məşqçi Gündüz Abdullayevin, eləcə də böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında hazırlıq keçəcəklər.
Heyətdə Mikayıl Əliyev (54 kq), Maqomedyasin İbrahimov (58 kq), Samir Cavadlı (58 kq), Fariz Əliyev (63 kq), Elvin Məmmədov (68 kq), Namaz Heydərov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq), Ceyhun Həsənli (87 kq-dan yuxarı), Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Səbinə Mikayılova (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Qorbaçeva (62 kq), Aytən Səmədli (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeeva (73 kq) yer alıblar.
İdman24.az