15:30 30.12.2021 830

"Futboldakı milyonları bizə ayırsaydılar, indiyə Olimpiya çempionu yetişdirmişdik" - MÜSAHİBƏ

Üzgüçülük üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdürəhmanov Fanat.Az-a müsahibə verib. Millinin çalışdırıcısı bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatı, daha əvvəl baş tutan Azərbaycan çempionatı, cari Olimpiya tsiklində qarşıya qoyulan hədəflər və digər məsələlərdən danışıb.

- Rəşad bəy, dekabrın 16-21-i aralığında Əbu-Dabidə təşkil olunan dünya çempionatının yekunlarını necə dəyərləndirirsiz? 

- Bəzi idmançılarımız üçün bu, ilk böyük yarış idi. Buna baxmayaraq, uşaqlar imkanları çərçivəsində, hətta bəziləri daha yaxşı üzə bildilər. Bu mənada Rəşad Alquliyev və Ramil Vəlizadəni qeyd edərəm. Onların hər ikisi kifayət qədər gənc idmançıdır. Yaşlarını, ilk böyük yarışın doğurduğu bəzi amilləri, ələlxüsus, həyəcanı nəzərə alsaq, qənaətbəxş çıxış elədilər. Bundan başqa, estafet yarışında da komandamız özünü yaxşı tərəfdən göstərdi. 43 ölkə arasında 24-cü olduq. Ermənilər isə bizdən 10 pillə geri qaldı.

- Daha əvvəl isə ölkə çempionatı keçirildi. Pandemiyadan sonrakı ilk belə yarışın səviyyəsi sizi nə dərəcədə qane etdi?

- Deyərdim ki, indiyədək keçirilən ölkə çempionatları arasında ən yaxşılardan biri oldu. İstər təşkilatçılıq, istər də idmançıların üzmə səviyyəsinə görə yaddaqalan yarış oldu. Biz orada bəzi istedadlar aşkarladıq. Ən azından, uşaqların böyük əksəriyyəti müəyyən texniki göstəricilərə malik idi. Çempionatı izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və digər rəhbər şəxslərin olması yarışa xüsusi dəyər və maraq qatdı.

- Məlum olduğu kimi, bu yaxınlarda Azərbaycan Üzgüçülük Federasiyasında da hesabat-seçki konfransı keçirildi. Əksər federasiyalardan fərqli olaraq, rəhbər dəyişməsə də, qarşıdakı Olimpiya tsiklində qurumun fəaliyyətində müəyyən canlanmanın olması gözləniləndir. Paris Oyunlarına doğru hədəflər nədən ibarətdir?

- Əsas prioritet su idman növlərinin kütləviliyinin artırılmasıdır. Xüsusən regionlarda üzgüçülüyə olan marağın yüksəldilməsi qarşıya məqsəd qoyulub. Bütün bu işlərin lazımı səviyyədə görülməsi üçün peşəkar mütəxəssis və ya mütəxəssislərə ehtiyac var. Hazırda bu istiqamətdə fəaliyyət aparılır. Həmçinin yığma komandanın qarşıdakı Olimpiadada nəticəsini yaxşılaşdırması öncəliklər sırasındadır. Sergey Bondarın gedişindən sonra yığmada boş qalan baş məsləhətçi postuna uyğun namizədlərlə hazırda danışıqlar gedir. Həmin namizədlər hazırda dünyanın aparıcı komandalarında fəaliyyət göstərirlər. Bu səbəbdən, ortada rəsmi məlumat olmadan ad çəkmək istəmirəm. Yəqin ki, yaxın zamanda təyinat gerçəkləşəcək. Federasiya tərəfindən Paris-2024 Yay Olimpiya Oyunlarına üç idmançı ilə qatılmağımız hədəflənib.

- Üç idmançı deyərkən, söhbət birbaşa lisenziyadan gedir?

- Bəli. 

- Lisenziyaları yerli idmançıların qazanması hədəflənib, ya qarşıda komandaya legionerlərin cəlb olunması gözlənilir? 

- Sırf yerli idmançılardan söhbət gedir. Ola bilsin ki, legioner gətirildi. Hələlik bu barədə dəqiq nəsə deyə bilməyəcəyəm.

- Azərbaycan üzgüçülük tarixində Olimpiadaya yeganə birbaşa lisenziyanı ukraynalı Maksim Şemberev qazanıb. İndiki halda qeyd etdiyiniz iki-üç lisenziya əlçatmaz görünmürmü? Nəzərə alsaq ki, Olimpiadaya elə çox zaman qalmayıb.

- Bəli, çətin missiyadır. Amma öhdəsindən gələ biləcək uşaqlar var. Az öncə adlarını qeyd etdiyim Ramil Vəlizadə, Rəşad Alquliyev bizim böyük perspektiv vəd edən idmançılarımızdır. Ramil 17 yaşında B lisenziya normasını yerinə yetirmək gücündə idisə, qarşıda bu hədəfə də çata bilər. Həmçinin Məryəm Şeyxəlizadəxangah, Əbdürəhman Rüstəmov və Fatimə Alkərəmovaya ümid bəsləyirik, onların da imkanları var.

- Yeri gəlmişkən, Tokiodakı uğursuz çıxış səbəbindən federasiya tərəfindən cəzalandırıldığı bildirilən Şemberevlə bağlı durum nə yerdədir? Onu yenidən yığmada görə biləcəyik?

- Açığı, bu barədə də dəqiq nəsə deyə bilməyəcəyəm. Hələlik Ukraynadadır, orada hazırlaşır.

- Rəşad bəy, bəzən bir sıra komanda idman növləri kimi, üzgüçülüyün də azərbaycanlıların genetikasına xas olmadığı barədə fikirlər səslənir. Həqiqətənmi belədir?

- Qismən razıyam. Amma bizdə bu idman növünün inkişafına nə dərəcədə dəstək göstərilib? Əlbəttə, sağ olsun dövlət başçısı, onun təşəbbüsü ilə az qala hər bölgədə Olimpiya kompleksləri tikilib istifadəyə verilib. Hər birində də üzgüçülük hovuzları var. Ancaq onların fəaliyyətinə cavabdeh olanlar işini nə dərəcədə məsuliyyətlə yerini yetirir? Yayda üzgüçülüklə məşğul olanların sayında böyük artım müşahidə olunur, ancaq qışda heç kim o hovuzlara üz tutmur. Çünki lazım olan şərait yaradılmır. Hovuzların qızdırılması və s. texniki məsələlər nə qədər çətin, böyük maliyyə tələb edən işlərdir ki, onu etmirlər? Belədə biz hansı kütləvilikdən danışa bilərik?

Ümumilikdə isə bir vacib məqama toxunmaq istəyirəm. İdmanın üç təməl növü var. Bunlar gimnastika, yüngül atletika və üzgüçülükdür. İdmanın hərtərəfli inkişafı üçün bu üç növə diqqət yetirilməlidir. Bu gün demək olar bütün Avropada üzgüçülüyün inkişafı ilə bağlı dövlət proqramı qəbul olunub. Azərbaycanda isə bu, futbolla əlaqədar edilib. Halbuki futboldan öncə məhz su idmanının inkişafı prioritet olmalıydı. Sübut olunub ki, ilk addımlarını üzgüçülükdə atan uşaqlar sonradan digər idman növlərində daha uğurlu olurlar. Ümumiyyətlə, həmkarlarım məndən inciməsin, futbola sərf olunan milyonların bir hissəsi bizə ayrılsaydı, indiyə Olimpiya çempionu da yetişdirmişdik.

- Artıq 2021-ci ili geridə qoymaq üzrəyik. Qarşıdakı il də Olimpiadaya hazırlıq, rəqabətin formalaşması baxımından önəmli olacaq. 2022-də yığmanın hazırlıq planı və əsas yarışlar barədə məlumat verərsiz.

- İlk təlim-məşq toplanışının fevralda Türkiyədə keçirilməsini planlaşdırmışıq. Təbii ki, bu, pandemiya və digər mümkün məsələlərdən də asılı olacaq. 2022-ci ilin mayında Yaponiyada dünya çempionatı keçiriləcək. Həmin mundialdan etibarən artıq Olimpiadaya lisenziya xalları toplanmağa başlayacaq. Həmçinin il ərzində bizi Slovakiyada Avropa Gənclərinin Yay Olimpiya Festivalı, Çində Universiada, Romada Avropa çempionatı və digər bir sıra beynəlxalq yarışlar gözləyir. Ümumilikdə, bayaq da vurğuladığımız kimi, Olimpiadaya az vaxt qalıb, məsuliyyət böyükdür.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

Facebookdan bizi izləməyi unutmayın.
X