"Sumqayıt"ın yeni baş məşqçisi Aleksey Baqa Bakıya Yeni ildən sonra gələcək.
Bu haqda klubun mətbuat katibi Rəşad Məmmədov Fanat.Az-a məlumat verib.
Klub rəsmisi həmçinin, qeyd edib ki, "Sumqayıt" yanvarın 5-dən məşqlərə başlayacaq. "Kimyaçılar" təlim-məşq toplanışının birinci mərhələsini Bakıda, ikinci mərhələsini isə Türkiyənin Antalya şəhərində keçirəcəklər.
Hələlik səfərin dəqiq tarixi və Türkiyədəki sınaqçı-rəqiblər müəyyənləşməyib.
Qeyd edək ki, "Sumqayıt"ın baş məşqçisi Aleskey Baqa klubla 2,5 illik müqavilə bağlayıb.