Azərbaycan şahmatçısı Misrətdin İsgəndərov Tunisdə keçirilən beynəlxalq turnirin qalibi olub.
Fanat.Az xəbər verir ki, qrossmeysterimiz sonuncu - IX turda iranlı Məsud Mosadeqpuru məğlub edərək xalını 7,5-ə çatdırıb və beləliklə, yarışın baş mükafatına sahib çıxıb.
Digər təmsilçilərimizdən Ülviyyə Fətəliyeva 6 xalla 20-ci pillədə qərarlaşıb. Bununla 25 yaşlı şahmatçımız yarışın qadın iştirakçıları arasında ən yaxşı nəticəni göstərib.
Beş xal toplayan Nərmin Kazımova isə 43-cü yeri tutub.
Qeyd edək ki, turnirdə 125 şahmatçı iştirak edib. Onlardan 14-ü qrossmeyster olub.