"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev iki futbolçunu əvəzedici komandaya göndərib. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevlə Bahodir Nasimov əvəzedicilərlə top qovub.
Onlar bu gün "İnter"lə oyunun iştirakçısı olub. Hər iki futbolçu qol vursa da, "Neftçi" qələbə qazana bilməyib. Belə ki, qarşılaşma 4:4 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Cavid sarı vərəqə limitini doldurub və sabah "İnter"ə qarşı oyunda əsas komandanın formasını geyinə bilməyəcək. O, məhz bu səbəbdən əvəzedici heyətə göndərilib. Nasimovun durumu isə bəllidi. Özbək forvardın hazırlıq səviyyəsi baş məşqçini razı salmır. Hacıyev "Bakı" ilə oyunda onu Melvin Platyenin yerinə meydana buraxsa da, matçdan sonra narazılığını açıq şəkildə bildirmişdi.
Fanat.az