13:21 01.01.2022 791

Azərbaycan futbolunun "pələnglər"i: Yaxından tanıyaq

2022-ci il Pələng ilidir.

Çin təqviminə görə, Pələng ilində doğulan insanlar dünyadakı həyatı istiqamətləndirə biləcək qədər güclüdür. Geniş ölçəkli işlərlə məşğul olmaqdan, kütlələri ayağa qaldırmaqdan və idarə etməkdən xoşlanar. Pələng ilində dünyaya göz açanlar hərəkətli və cəsur insanlardır. Ən yaxşı tərəfləri istiqanlı olmalarıdır. Başqalarının istəklərinə anlayışla yaxınlaşarlar. Zəif tərəfləri isə eqoizm və dostlarına qarşı məsafəli davranmalarıdır. Pələng ilində doğulanlar peşə və karyerasında uğurlu olurlar. Bəzən təlaşlı xarakterləri zərər görmələrinə səbəb olur. Güclü romantik xarakterə sahibdirlər. 

Fanat.Az olaraq ölkə futbolunun "pələnglər"ini seçib söhbət etdik. 

Maraqlıdır, "pələng" futbolçularımız bu xüsusiyyətlərdən hansına sahibdirlər? 

Asif Məmmədov ("Qəbələ", 05.08.1986): "İstiqamətləndirmək deyəndə, kimə nə məsləhət vermişəmsə, sonu yaxşı alınıb. Yanılmamışam. Öz həyatımda da elə. Geniş ölçəkli işlərlə məşğul olmaqdan, idarə etməkdən xoşum gəlir. Amma idarə etməyimi mən yox, mənimlə birgə oynayan komanda yoldaşlarım daha yaxşı bilər. Ancaq mənə elə gəlir ki, pis alınmır. Qeyd olunub ki, Pələng ilində doğulan insanlar hərəkətli və cəsur olurlar. İndi mən özümü necə tərifləyim?! Ancaq hərəkətli olmağa gəlincə, 36 yaşım var və hələ də futbol oynayıramsa, demək ki, hərəkətliyəm. Lakin o birini (cəsur) mən cavablaya bilmərəm.  (gülür)...

İstiqanlılığa gəlincə, baxır kimə qarşı. Ancaq böyük faizlə elədir. "Başqalarının istəklərinə anlayışla yaxınlaşarlar". Hmm... Onu deməzdim. Eləsi var ki, gərəksiz danışır, gərəksiz hərəkət edir. Ona biganə yanaşa bilmirəm. Bacardığım qədər cavabını verirəm ki, belə etmək olmaz. O bənd hardasa xüsusiyyətimə uyğun gəlmir. "Eqoizm və dostlarına qarşı məsafəli davranmaq" bəndi də hardasa uyğundur. Pələng ilində doğulanlar peşə və karyerasında uöurlu olurlar", - bununla da tamamilə razıyam. Təlaşlı olmaqla da razıyam. Başıma gəlib. Bəzən elə qərarlar vermişəm ki, yanlış olub. Ancaq belə hallarla çox qarşılaşmamışam. Güclü romantik xarakter isə məndən uzaqdır. (gülür)..."

Hacıağa Hacılı ("Zirə", 30.01.1998): Pələng ili ilə bağlı heç bir məlumatım yox idi. Ancaq görürəm ki, bəzi xüsusiyyətlər üst-üstə düşür. Misal üçün, hərəkətli olmaq. Bir yerdə dayanmağı sevmirəm. Daim hərəkətdə olmaq enerjimi yüksəltməyə gətirir. Tanımadığım insanlara qarşı istiqanlıyam, onlarla danışmağı, gülməyi, əylənməyi daha çox sevirəm. Tanıdığım insanlara və dostlarıma qarşı isə məsafə saxlamağı daha uyğun hesab edirəm. 

Pələng ilində  doğulanlar karyerasında müvəffəqiyyətli olursa, inşallah, onlardan biri də mən olaram. Pələng ilinə xas olan təlaş içində olmaq zəif tərəflərimdən biridir. Bəzən yalnış addımlara yol verirəm. Bu isə ən sevmədiyim xüsusiyyətimdir. Bir də güclü romantik xarakterə sahib olduqları bildirilir. Amma bunu hələ özümdə kəşf etməmişəm. (gülür)..."

Rövlan Muradov ("Qəbələ", 28.03.1998): "Sadalanan xüsusiyyətlərin demək olar ki, hamısı məndə var. Çox şeylər başıma gəlib və gəlir. Lakin bu haqda ancaq bu qədər danışan bilərəm . (gülür)..."

Amin Seydiyev ( "Sabah", 15.11.1998): "Hərəklətliyəm, enerjim çoxdur. Fərqi yoxdur, saat neçə olur-olsun enerjiliyəm. Deyib-gülməyi, əylənməyi çox sevirəm. İstiqanliyam. Ancaq burda qeyd olunan kimi dostlarımla məsafə saxlamıram. (gülür)... Bəyənmədiyim xüsusiyyətim odur ki, tez inciyirəm. Nəyəsə pis olanda, onu ürəyimə salıram və çox fikirləşirəm."

Ömər Buludov ("Neftçi", 15.12.1998): "Qeyd olunan xüsusiyyətlərin demək olar ki, hər biri məndə var. İnsanlara qarşı məsuliyyətli, qayğıkeş və anlayışlıyam. Eqoist olduğumu deyə bilmərəm. İnsanların həyatına və işlərinə daim hörmətlə yanaşmışam. Olduqca hərəkətli və aktib həyat tərzim var. Peşəkar futbolla kiçik yaşlarımdan məşğul olduğum üçün daim hərəkətdə olmuşam, yeniliklərə və uğurlara can atmışam". 

Qeyd edək ki, Çin təqviminə görə Pələng ili 2022-ci il fevralın 1-də başlayacaq və 21 yanvar 2023-cü ilə qədər davam edəcək. 

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X