26-30 dekabrda Polşanın paytaxtı Varşavada keçirilən rapid və blits üzrə dünya çempionatının iştirakçılarının əldə etdiyi pul mükafatının məbləği məlum olub.
Fanat.Az xəbər verir ki, rapid turnirində səkkizinci, blits yarışında isə altıncı olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 36 min dollar qazanıb.
Mundialda ən çox qazanan polşalı Yan-Kşiştof Duda olub. Rapid yarışında beşinci, blitsdə ikinci olan 23 yaşlı qrossmeyster 75 min dollar mükafat alıb.