Braziliyanın “Kruzeyro” və İspaniyanın “Valyadolid” klublarının prezidenti Ronaldo koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə “Kruzeyro”nun mətbuat xidməti məlumat yayıb.
Xəstəliyi səbəbindən onun bu gün klubun ad gününə həsr olunmuş tədbirlərdə iştirak etmədiyi açıqlanıb. Bu gün "Kruzeyro"nun 101 yaşı tamam olur.
Qeyd edilir ki, Ronaldo özünü təcrid edib, o özünü yaxşı hiss edir. Futbol üzrə ikiqat dünya çempionu xəstəliyi yüngül keçirir, onda COVID-19-un yüngül əlamətləri müşahidə edilir.