İtaliyada iki Azərbaycan şahmatçısının iştirakı ilə "Vergani Cup" turniri start götürüb.
Fanat.Az xəbər verir ki, təmsilçilərimizin hər ikisi ilk turu qələbə ilə başa vurub. Ülviyyə Fətəliyeva hindistanlı Pedaqandham Saketi, Gövhər Beydullayeva isə macarıstanlı Jombor Pastini yenib.
Qeyd edək ki, yarışa ümumilikdə 124 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə yanvarın 9-da yekun vurulacaq.