Macarıstanın paytaxtı Budapeştdə şahmat üzrə beynəlxalq turnir keçirilir.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Azər Mirzəyev 7 turdan sonra turnir cədvəlinə başçılıq edir. Altı xala malik olan qrossmeysterimiz ən yaxın izləyicisi olan Balint Vilmoşu 1,5 xal qabaqlayır.
9 turdan ibarət turnirə yanvarın 4-də yekun vurulacaq.