"Keşlə"dən ayrılan Anatole Abanq Azərbaycanda qalmağa çalışır.
Fanat.Az xəbər verir ki, xanımı azərbaycanlı olan kamerunlu forvard yerli klublardan təklif gözləsə də, indilik onu sıralarında görmək istəyən Azərbaycan təmsilçisi yoxdur.
Xidməti bir neçə yerli kluba təklif edilən 25 yaşlı afrikalı hücumçunun yüksək əməkhaqqı istəyi və intizamsız biri kimi tanınması yeni iş yeri tapmnasına mane olan əsas amillərdir.
Qeyd edək ki, Anatole bu ilin yazında azərbaycanlı Adelia Hacıyeva ilə ailə qurub.