Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Portuqaliyanın “Tondela” komandasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Dadaşov Portuqaliya çempionatının 13-cü turundan təxirə salınmış “Moreyrense” ilə görüşün iştirakçısı olub.
Renatın komandası evdə bu rəqibi üzərində 2:1 hesablı qələbə qazanıb. Yığmamızın forvardı 84-cü dəqiqəsində meydana buraxılıb.
16 tura 15 xal yığan “Tondela” turnir cədvəlində 18 kollektiv arasında 13-cü pillədədir.