Bakıda “Məmmədyarovlar" şahmat klubu fəaliyyətə başlayır.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycanın tanınmış şahmatçısı Zeynəb Məmmədyarova "Facebook" səhifəsində məlumat verib.
Onun bildirdiyinə görə, klubda özü, kiçik bacısı Türkan Məmmədyarova və digər müəllimlər çalışacaq. Məmmədyarova həmçinin qardaşı, dünya şöhrətli qrossmeyster Şəhriyar Məmmədyarovun iştirakı ilə ustad dərslərinin keçiriləcəyini diqqətə çatdırıb.