Yunanıstanın “Aris” klubu Polşa “Legiya”sında çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Xəbərdə “Aris”in heyətini yeni hücumçu ilə gücləndirmək istədiyi və Mahirin namizədlər arasında olduğu bildirilib.
Emrelinin “Legiya” ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.