İtaliyada keçirilən şahmat üzrə "Vergani Cup" turnirində üçüncü turun görüşləri baş tutub.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərinin hər ikisi turu qələbə ilə başa vurub. Ülviyyə Fətəliyeva kanadalı Zakari Dukiçi, Gövhər Beydullayeva isə almaniyalı Yonas Engesseri yenib.
Hazırda hər iki şahmatçımızın hesabında 2 xal var.
Növbəti turda Fətəliyeva Sabino Brunello (İtaliya), Beydullayeva İvaylo Ençev (Bolqarıstan) ilə qarşılaşacaq.
Qeyd edək ki, yarışa ümumilikdə 124 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə yanvarın 9-da yekun vurulacaq.
Sahib