İtaliyada şahmat üzrə "Vergani Cup" turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda altıncı turun qarşılaşmaları baş tutub. Azərbaycan təmsilçilərindən Gövhər Beydullayeva kanadalı Daniel Vibe ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan 18 yaşlı şahmatçımız rəqibini məğlub edib.
Digər təmsilçimiz Ülviyyə Fətəliyeva isə "ağlar"la isveçli Milton Pantzarla heç-heçəyə razılaşıb.
Bu nəticələrdən sonra Fətəliyeva 4 xalla turnir cədvəlinin 26-cı pilləsində qərarlaşıb. 3,5 xal toplayan Beydullayeva 44-cüdür. Sıralamaya 5 xala sahib iranlı Amin Tabatabayi başçılıq edir.
Ülviyyə növbəti görüşünü Vuppala Prraneet (Hindistan), Gövhər Robert Zelçiçə (Xorvatiya) qarşı keçirəcək.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə yanvarın 9-da yekun vurulacaq.
Sahib