İtaliyada şahmat üzrə "Vergani Cup" turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün yeddinci turun qarşılaşmaları baş tutub. Azərbaycan təmsilçilərindən Gövhər Beydullayeva xorvatiyalı Robert Zelçiçlə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan 18 yaşlı şahmatçımız turnirdə ardıcıl ikinci, ümumilikdə dördüncü qələbəsini qazanıb.
Digər təmsilçimiz Ülviyyə Fətəliyeva isə "qaralar"la hindistanlı Vuppala Praneetə uduzub.
Beləliklə, xalını 4,5-ə çatdıran Beydullayeva turnir cədvəlində 31-ci pilləyə yüksəlib. Dörd xala sahib Fətəliyeva 36-cıdır. Sıralamaya 5,5 xalla iranlı Amin Tabatabayi başçılıq edir.
Qeyd edək ki, 124 şahmatçının qatıldığı turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.