Azərbaycan şahmatçısı Azər Mirzəyevin iştirakı ilə Çexiyada "Praqa Open" festivalı start götürüb.
Fanat.Az xəbər verir ki, yarışın reytinqində üçüncü olan qrossmeysterimiz ilk turda polşalı Petr Sapla qarşılaşıb. Ağ fiqurlarla oynayan təmsilçimiz rəqibini məğlub edib.
Qeyd edək ki, yarışa 150-dən çox şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə yanvarın 14-də yekun vurulacaq.