Ötən axşam Türkiyə I Liqasının XX turu çərçivəsində səfərdə "Adanaspor"a uduzan (1:3) "Bursaspor" azarkeşlərin sərt etirazı ilə üzləşib.
Fanat.Az xəbər verir ki, milli komandamızın futbolçusu Namik Ələskərovun çıxış etdiyi "timsahlar" gecə saatlarında bazaya dönərkən narazı tərəfdarlar klub avtobusunun qarşısını kəsərək rəhbərliyi istefaya səsləyiblər.
BİZLERİ ALEME REZİL ETTİNİZ ! @BursasporSk pic.twitter.com/lXtO9EyTik
— Pugno Verde (@PugnoVerde1963) January 8, 2022
Qeyd edək ki, Ələskərov görüşün 60-cı dəqiqəsində meydana daxil olub və 79-cu dəqədə qayda pozuntusuna yol verərək penaltiyə səbəb olmaqla yanaşı, sarı vərəqə alıb.
20 turdan sonra 19 xal toplayan "Bursaspor" hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Mirağa