UEFA Konfrans Liqasının pley-offunda "Qarabağ"ın rəqibi olacaq “Olimpik Marsel” müdafiə xəttini gücləndirməyə çalışır.
Fanat.Az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Fransa klubu mövsümün sonunda azad agentə çevrilə biləcək müdafiəçilər Samuel Jiqo (“Spartak”) və Sead Kolaşinatsla (“Arsenal”) maraqlanır.
Xatırladaq ki, "Olimpik Marsel" klubu Fransa çempionatında 36 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.