Azərbaycan şahmatçısı Azər Mirzəyevin iştirakı ilə Çexiyada "Praqa Open" festivalı davam edir.
Fanat.Az xəbər verir ki, qrossmeysterimiz daha iki turda mübarizə aparıb. O, əvvəlcə çexiyalı Mixal Sindleri sınağa çəkib. Qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Üçüncü turda norveçli Matias Unneland ilə üz-üzə gələn Mirzəyev bu dəfə də rəqibinə heç bir şans verməyib.
Beləliklə, o, maksimum nəticə ilə hazırda liderlər qrupunda qərarlaşıb. Qrossmeysterimiz növbəti turda polşalı Antoni Kozakla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışa 150-dən çox şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə yanvarın 14-də yekun vurulacaq.