14:35 09.01.2022 5626

Mahir Emreli üçün fəlakət ssenarisi: "Legiya"nın qisas planı işə düşə bilər"

Azərbaycan millisinin üzvü Mahir Emrelinin "Legiya"dakı durumu qeyri-müəyyəndir. Hücumçuya digər təkliflər olsa da, görünən odur ki, Varşava klubu ilə mübahisə üzündən heç kim yaxın durmaq istəmir. Bu durum daha çox Emrelinin ziyanına işləyir. Çünki əksər klublar artıq qış hazırlığına başlayıb. Keçəcəyi klubun təlim-məşq toplanışından kənarda qalması isə futbolçu üçün yaxşı heç nə vəd etmir.

Millimizin üzvünü qarşıda nə gözləyir? "Legiya" Mahir Emreliyə necə problem yarada bilər?   

Fanat.Az bu sualla tanınan menecerlərdən olan Erkin İbrahimova müraciət edib: 

"Bu məsələ ilə bağlı hüquqşünaslar daha yaxşı danışa bilər. Çünki adətən çəkişmələr agentlər səviyyəsində həll olunmur. Düzdür, nümunələr olub. Məsələn, Lissabon "Sportinq"ində bənzər hadisə yaşanıb. Ancaq hər hadisədə özünəməxsusluq olur. Zorakılıq olan yerdə FİFA çox vaxt futbolçuları müdafiə edir. Sadəcə, "Legiya" elə dəlillər göstərə bilər ki, Mahir Emrelinin ziyanına olar. Yəqin Mahir də kimlərləsə məsləhətləşir. Orda qalmaq istəmirsə və bunu kluba rəsmi məktubla bildiribsə, çox güman, məsləhətləşdiyi adamların tövsiyyəsi ilə bu addımı atıb. Futbol ictimaiyyətinin reaksiyası və sosial şəbəkələrdəki şərhlərlə tanış olanda görürəm ki, əksəriyyət Mahirin "Legiya"da qalmalı olduğunu deyir. Halbuki, atmosferi futbolçudan yaxşı heç kim hiss edə bilməz. Yəqin Emreli hiss edir ki, bu atmosferdə çıxışı alınmayacaq, ona görə ordan ayrılmağı məsləhətdir. Adam özü düşdüyü mühitə görə hərəkət edir. Kim zəmanət verir ki, sabah ona eyni hücum olmayacaq? Əksinə, klubun döyülmə hadisəsinə rəsmi münasibət bildirməməsi şübhəyə yol açır. Odur ki, Mahir getmək qərarı ilə düzgün hərəkət edir. Bundan sonra daha pis, arsuolunmaz senari baş verə bilər. Futbolçumuz işi uduzsa və klubdan ayrıla bilməsə, "Legiya"nın qisas planı işə düşə bilər. Bir qədər əvvəl Avropada oynamış bir futbolçu ilə danışırdım. O da klubunu məhkəməyə vermişdi, ancaq işi uduzdu. İndi variantları var, amma klub ona əngəl yaradır. Pulu kənara qoyaq, futbolçu üçün ən böyük problem oynamamaqdır. Təki Mahir üçün belə olmasın, istədiyi kluba keçə bilsin".

Adının açıqlanmasını istəməyən menecerlərimizdən biri isə həyəcan təbili çaldı: "Mahir ayrılmaq istəyirdisə, bunu ilk üç gün ərzində problemsiz edə bilərdi. Klubu şikayətlə xəbərdar etsəydi, polşalılar özləri maraqlı olacaqdı ki, sakitcə çıxıb getsin. Çünki hər bir klub təhlükəsizliklə bağlı məsuliyyət daşıyır. O vaxt protokol yazılsaydı, bu, ayrılmaq üçün əsas sayılacaqdı. "Legiya"nın indi Mahirlə ultimatum tonunda danışması, toplanışda iştirakını vacib sayması, buraxmayacağını deməsi müəyyən şeylərdən xəbər verir. Görünən odur ki, isti-isti gözləmə mövqeyi tutan "Legiya" Mahirin şikayət etməməsindən ürəklənib. Düzdür, bu mübahisə hər iki tərəf üçün arzuolunan deyil. Klubun adı üçün də pisdir. Ancaq "Legiya" kimi klubların güclü hüquqşünasları olur. Baxmayaraq ki, Mahir onlara havayı başa gəlib, onu pulsuz buraxmaq istəmirlər. Sənədləşmənin nə yerdə olduğunu bilmirəm, amma məncə, indiyə qədər şikayət olunmayıbsa, pulsuz ayrılmaq çətin olacaq. Ən yaxşı variant münasib klub tapıb "Legiya"nı da razı salmaqla, ayrılmaqdır. Bildiyimə görə, futbolçumuzun xidmətində maraqlı olan bir neçə klub var. Ancaq görünür, "Legiya"nın istədiyi pulu vermək istəmirlər".   

Mirağa       

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X