Azərbaycan klublarının Türkiyənin Antalya şəhərindəki yoxlama oyunları canlı yayımlanacaq.
Peşəkar Futbol Liqasının mətbuat katibi Aslan Şahgəldiyevin Fanat.Az-a verdiyi məlumata görə, təmsilçilərimizin oyunları qurumun Youtube kanalı vasitəsilə təqdim olunacaq.
Kanalın əməkdaşları həftəiçi Antalyaya ezam olunacaqlar: "Elə indi bu barədə qərar verildi. Birisigün inşallah, Türkiyəyə yola düşəcəyik. Komandalarımızın ordakı yoxlama oyunlarının hamısı canlı yayımlanacaq. Təbii ki, bu, stadionun şəraitindən asılıdır. Yəni biz nə mümkündürsə, edib oyunları göstərməyə çalışacağıq. Hətta bir gündə iki oyun eyni saatda olsa, hər ikisini yayımlayacağıq. Halbuki, əvvəlki illərdə bir oyun verə bilirdik. Bu dəfə geniş heyətlə gedirik. Hələlik yalnız şərhçi məsələsi açıq qalır. Teleşərhçilərdən kiminləsə razılığa gəlsək, oyunlar canlı şərhlə təqdim olunacaq".
Qeyd edək ki, "Qarabağ", "Qəbələ", "Neftçi", "Zirə", "Sabah" və "Sumqayıt" qış hazırlığını Türkiyənin Antalya şəhərində keçirəcək. Yalnız "Səbail" və "Keşlə" ölkə xaricinə getməyərək Bakıda qalıb.
Təmsilçilərimizin Antalyadakı yoxlama oyunlarının təqvimini təqdim edirik:
13 yanvar
"Zirə" - "Peç" (Macarıstan)
14 yanvar
"Neftçi" - “Kişvarda” (Macarıstan)
"Qarabağ" - "Qaz Metan" (Rumıniya)
"Səbail" - "Qarabağ-2"
15 yanvar
"Sabah" - “Pakş” (Macarıstan)
16 yanvar
"Sumqayıt" - "Uypeşt"
18 yanvar
"Qəbələ" - "Zaqlembe" (Polşa)
"Səbail" - "Keşlə"
19 yanvar
"Neftçi" - “Visla” (Plotsk, Polşa)
20 yanvar
"Zirə" - “Qurnik”(Leçna, Polşa)
21 yanvar
"Qarabağ" - "Şlyonsk" (Vroçlav, Polşa)
"Qarabağ" (gənc heyət) - "Batska Topola" (Serbiya)
"Qəbələ" - "Borets" (Şimali Makedoniya)
"Səbail" - MOİK
24 yanvar
"Neftçi" - "MOİK - 1948" (Bolqarıstan)
"Zirə" - “Breqalnitsa” (Şimali Makedoniya)
"Qəbələ" - “Bohemians" (Çexiya)
"Səbail" - "Keşlə"
25 yanvar
"Qarabağ" - Visla” (Polşa)
"Qarabağ" (gənc heyət) - "Tatran" (Slovakiya)
"Sabah" - “Mladost” (Luçani, Serbiya)
Mirağa