18:00 10.01.2022 593

Tanınmış idmançı karyerasını bərpa etdi: "Çaqqalların azadlığı..."

"Böyüklər arasında karate üzrə XXIX Azərbaycan çempionatı keçirildi. Bilənlər bilir ki, idmandan uzaqlaşmışdım. Sonuncu yarışım keçən ilin may ayında olmuşdu və karyeramı sonlandırdığımı söyləmişdim”.

Fanat.Az xəbər verir ki, bu sözləri karateçi, "Bakı-2015" I Avropa Oyunlarının qalibi Ayxan Mamayev deyib.

Ötən ilin avqustunda karyerasını bitirən 30 yaşlı idmançı fikrindən daşınıb. Yenidən tatamiyə qayıdan Mamayev dünən 84 kq çəki dərəcəsində növbəti dəfə Azərbaycan çempionu olub.

O, qayıdışı ilə bağlı düşüncələrini sosial şəbəkə hesabında paylaşıb. Tanınmış idmançı bəzi şəxslərin ünvanına kəskin fikirlər bildirməkdən də çəkinməyib:

“Artıq 8 ay idi ki, karatedən uzaqlaşmışdım. Yığmadan bir tək Asiman qardaşım sona qədər dedi ki, qayıt və mənə çox dəstək oldu. Halbuki bəziləri düşünürdü ki, idman olmasa, batacağam. Allah yol açandan, ruzini verəndən sonra bəndə kimdir ki?! Bu həyatda kim nə edirsə, özünə edir. Bu idmanı hər zaman sevmişəm və sözümü də hər zaman demişəm. Amma o qədər iyrənmişdim ki, uzaqlaşmağa qərar verdim, uzaqlaşdım.

Hazırlıqsız yarışa çıxdım və pis-yaxşı qızıl medalı qazandım. Son 3 gün içində qərar verdim. 98 kq-dan 86 kq-a çəkimi saldım və məşqsiz, hazırlıqsız döyüşüb birinci oldum. Bunun özü çoxuna cavabdır. Artıq mənim 13-cü Azərbaycan çempionluğumdur. Çox xoşbəxtəm ki, kürsüyə qızımla çıxdım.

Sözüm bəzilərinədir, məni yıxmağa gücünüz, yıxıldığımı görməyə ömrünüz çatmaz! Mənə dəstək olan, qayıtmağımı istəyən və qələbəmə sevinən hər kəsə “çox sağ ol” deyirəm. Xalqın gözü tərəzidir. Sonda demək istəyirəm ki, çaqqalların azadlığı aslan ayağa qalxana qədərdir!”

Qeyd edək ki, Ayxan Mamayev finalda Turqut Həsənova qalib gələrək Azərbaycan çempionu olub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

Facebookdan bizi izləməyi unutmayın.
X