Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandasının açıq məşqi olacaq.
Fanat.Az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məşq yanvarın 13-də saat 10:30-da Bakı İdman Sarayında keçiriləcək.
Məşqdən əvvəl – saat 10:10-da isə baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.
Qeyd edək ki, milli AÇ ərəfəsində Belçika ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Yanvarın 17-də baş tutacaq oyun üçün komanda ayın 16-da Bakını tərk edəcək.