18:55 19.02.2014 677

"Fırtına" coşmadı, "Xəzər" "Bakı"nı batırmadı (PROTOKOL)

Bu gün Topaz Premyer Liqasında XXII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, yığmanın mart toplanışına görə çempionatın təqvimində dəyişikliklər edilib və bütün qarşılaşmalar eyni gündə baş tutub. Matçlardan 3-ü Bakıda, 1-i Lənkəranda, 1-i Zaqatalada keçirilib.

Günə AZAL - "Qəbələ" oyunu ilə start verilib. Ardıcıl olaraq evdə "Qarabağ" və "Xəzər Lənkəran"a yenildiyindən tənqid hədəfinə çevirilən Yuri Syominin komandası matçı qələbə ilə başa vurub. Düzdü, hesabı 39-cu dəqiqədə meydan sahibləri açıb. AZAL Nedo Turkoviçin penalti qoluna sevinib. 5 dəqiqə sonra Daniel Subotiç bərabərliyi təmin edib. 71-ci dəqiqədə isə Şəhriyar Rəhimovun avtoqolu "Qəbələ"yə qələbə qazandırıb - 2:1.

"Bakcell Arena"da "Neftçi" "İnter"i qəbul edib. Paytaxt derbisindən öncə komandaların vəziyyəti fərqli idi. Ötən həftə digər paytaxt derbisində "Bakı"ya uduzan "Neftçi" bundan əvvəl "Böyük oyun"da "Xəzər Lənkəran"la sühl bağlamışdı. "Ağ-qaralar" bu il yalnız "Simurq"u məğlub edə bilib. "İnter" isə yeni ildə keçirdiyi hər üç oyunu qələbə ilə başa vurmuşdu. Bu günkü matçda isə qalib müəyyənləşməyib. "İnter" iki dəfə hesabda önə keçsə də, "Neftçi" bərabərliyi təmin edib. Hesabı 29-cu dəqiqədə "İnter"in yeni transferi Yohan Bokonyano açıb. 76-cı dəqiqədə Araz Abdullayev penaltidən bərabərliyi təmin edib. 5 dəqiqə Laşa Salukvadze "İnter"i yenidən sevindirib. 86-cı dəqiqədə isə Ruslan Qurbanov matçın nəticəsini müəyyənləşdirib - 2:2. 

Bu il keçirdiyi üç oyunda "Neftçi", "Bakı" və "İnter"ə yenilən "Simurq" acığını "Sumqayıt"dan çıxıb. Zaqatala klubu 4:0 hesablı qələbə qazanıb. Hesabı 15-ci dəqiqədə penaltidən Draqan Çeran açıb. 22-ci dəqiqədə İdan Vaytsman fərqlənib. 32-ci dəqiqədə Vurğun Hüseynov qırmızı vərəqə alıb. 51-ci dəqiqədə Çeran dublunu rəsmiləşdirib. Əlavə vaxtda Salif Ballo son qolu vurub.

Lider "Qarabağ" "Bayıl Arena"da "Rəvan"ın qonağı olub. Ötən tur "Neftçi" və "Qəbələ"nin məğlubiyyətindən yararlanaraq liderliyini möhkəmləndirən "Qarabağ"ın bu dəfə də xal itirməməyib. 61 dəqiqə rəqib qapısına yol tapa bilməyən Qurban Qurbanovun yetirmələrindən Leroy Corc 7 dəqiqə ərzində (61-68-ci dəqiqələr) dubl edərək komandasını sevindirib - 2:0.

Nəhayət turun son oyununda 2014-cü ilin uğurlu komandaları - "Xəzər Lənkəran"la "Bakı" qarşılaşıb. Mustafa Dənizlinin gəlişindən sonra məğlubiyyətin nə olduğunu bilməyən Lənkəran klubu ev oyunundan da xalla və hətta xallarla ayrılmaq istəyirdi. "Ağ-yaşıllar" son üç matçda turnir cədvəlinin ilk üç pilləsində qərarlaşan komandalardan 7 xal almışdı. "Qarabağ" və "Qəbələ"ni udan Dənizlinin yetirmələri "Böyük oyun"da "Neftçi" ilə sülhə razılaşmışdı. "Bakı" isə 2014-də keçirdiyi oyunlarda "Rəvan", "Simurq" və "Neftçi"ni üstələmişdi. Bu dəfəki sınaqdan "Bakı" üzüağ çıxıb. Hesabı 70-ci dəqiqədə Yure Travner açıb. Əlavə vaxtda isə Rauf Əliyev "Fırtınalar meydanı"nı məyus edib - 2:0.

Premyer Liqa
2013/14 mövsümü
III dövrə, XXII tur

19 fevral
AZAL - Qəbələ 1:2
Qollar: Nedo Turkoviç, 39-pen - Daniel Subotiç, 44. Şəhriyar Rəhimov, 71 (avtoqol).
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Aylton, 7. Cavid Tağıyev (5. Murad Ağayev, 86), 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İbekoyi (k), 18. Samuel Barlay (22. Axtam Xamrakulov, 83), 20. Branislav Arsenyeviç, 31. Şəhriyar Rəhimov (27. Rəşad Abdullayev, 75), 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 8. Qərib İbrahimov, 23. Tural Nərimanov, 32. Laşa Kasiradze.
Baş məşqçi: Vaqif Sadıqov.
Qəbələ: 1. Kamran Ağayev, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev (7. Marat İzmaylov, 46), 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (3. Nikola Valentiç, 81), 44. Rafael Santos.
Ehtiyat oyunçular: 7. David Pietrzkeviç, 4. Amit Quluzadə, 11. Yannik Kamanan, 19. Abdulvahid Afolabi, 34. Ürfan Abbasov.
Baş məşqçi: Yuri Syomin.
Sarı vərəqələr: Samuel Barlay, 45+1 (qeyri-idman hərəkəti). Şəhriyar Rəhimov, 69 (qeyri-idman hərəkəti) - Nizami Hacıyev, 45 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Elşən Acalov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Əli Hüseynov.
"AZAL Arena". 500 tamaşaçı.

Neftçi - İnter 2:2
Qollar: 
Araz Abdullayev, 76-pen. Ruslan Qurbanov, 86
 - 
Yohan Bokonyano, 29. 
Laşa Salukvadze, 81.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva (
28. Emin Mehdiyev, 68)
, 4. Tərlan Quliyev (
23. Ruslan Qurbanov, 85)
, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 11. Melvin Platye (
19. Mirhüseyn Seyidov, 46)
, 15. Erik Ramos, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor. 
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 8. Elşən Abdullayev, 21. Samir Məsimov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili (
19. Sezar Meza Kolli, 81)
, 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye, 28. Baçana Tsxadadze (
12. İvo Taborksi, 90+1)
, 33. Matiya Spiçiç, 70. Vaqif Cavadov (k) (
21. Arif Daşdəmirov, 88)
, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavko Georgievski, 8. Mikel Alvaro, 14. İlqar Ələkbərov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Ernest Nfor, 70 (qeyri-idman hərəkəti) - Ruslan Əmircanov, 44 (fitdən sonra topa zərbə). Brüs Abdulaye, 72 (əl ilə oyun).
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Nahid Əliyev, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakcell Arena". 500 tamaşaçı.

Simurq - Sumqayıt 4:0
Qollar: Draqan Çeran, 15-pen; 51. İdan Vaytsman, 22. Salif Ballo, 90+2.
Simurq: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 10. Rəşad Eyyubov (
22. Salif Ballo, 66)
, 11. Draqan Çeran (
30. Raul Kostin, 55)
, 15. Stepan Polyak (
9. Mindauqas Kalonas, 54)
, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 77. Nicat Qurbanov.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 21. Murad Səttarlı.
Baş məşqçi: George Çixradze.
Sumqayıt: 63. Şahruddin Məhəmmədliyev, 3. Vurğun Hüseynov, 4. Samir Abasov, 7. Pərdis Fərcad-Azad (
25. Fərid Kərimzadə, 82)
, 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk (
14. Məhəmməd Qurbanov, 46)
, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k) (
92. Bəxtiyar Həsənalızadə, 77)
, 21. Məhəmməd Mirzəbəyov, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 2. Şəhriyar Xəlilov, 11. Ruslan Nəsirli, 77. Ramil Mansurov.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Salif Ballo, 76 (qeyri-idman hərəkəti) - Məhəmməd Mirzəbəyov, 7 (qeyri-idman hərəkəti). Vurğun Hüseynov, 14 (qeyri-idman hərəkəti); 32 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: 
Vurğun Hüseynov, 32.
Hakimlər: Alik Yunusov, Azər Əsgərov, Munis Abdullayev, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Zaqatala şəhər stadionu. 1000 tamaşaçı.

Rəvan - Qarabağ 0:2
Qollar: Leroy Corc, 61; 68.
Rəvan: 1. Lukaş Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar (
19. Hüseyn Axundov, 58)
, 16. Orxan Lalayev (
40. Mişel Balokoq, 51)
, 17. Ramazan Abbasov (k) (
14. Xuan Manuel Varea, 78)
, 18. Oke Akpoveta, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 25. Ayaz Mehdiyev, 28. Boyan Markoviç, 30. Cəmşid Məhərrəmov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Ceyhun Cavadov, 9. Elnur Abdulov, 24. Yamin Ağakərimzadə.
Baş məşqçi: Güvənc Kurtar.
Qarabağ: 13. İbrahim Sehiç, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (
41. Leroy Corc, 55)
, 19. Jaba Dvali (
99. Nikolas Gelaşvili, 55)
, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo (
7. Namiq Yusifov, 82)
.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 23. Tural İsgəndərov, 33. Təmkin Xəlilzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Boyan Markoviç, 30 (qeyri-idman hərəkəti). Orxan Lalayev, 45+1 (qeyri-idman hərəkəti). Oke Akpoveta, 80 (qeyri-idman hərəkəti). Hüseyn Axundov, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Rza Məmmədov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
"Bayıl Arena". 1000 tamaşaçı.

Xəzər Lənkəran - Bakı 0:2
Qollar: Yure Travner, 70. Rauf Əliyev, 90+1.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli (12. Junior Nildo, 81), 4. Alvaro Silva, 5. Tyeqo, 7. Sadio Tounkara, 8. Deyan Blajevski (11. Zohair Benouahi, 77), 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k) (2. Slavik Alxasov, 44), 18. Tural Cəlilov, 20. Mbilla Etame, 27. Manue Skarlatake.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 22. Deyvid Sakkoni, 30. Elias, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Mustafa Dənizli.
Bakı: 1. Aqil Məmmədov, 2. Deyvidas Çesnauskis (16. Juninyo, 65), 3. Yure Travner, 5. Ruben Qonzalez, 8. Cavid Hüseynov, 10. Aleksandar Soliç (15. Alberto Noquero, 89), 11. Rauf Əliyev (k), 12. Etto, 23. Mario Lukas Horvat, 24. Georgios Pelagias (17. Risto Ristoviç, 76), 31. Vüqar Mustafayev.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 6. Vadim Abdullayev, 21. Elvin Məmmədov, 22. Namiq Ələsgərov.
Baş məşqçi: Milinko Pantiç.
Sarı vərəqələr: Sadio Tounkara, 79 (qeyri-idman hərəkəti) - Ruben Qonzalez, 35 (qeyri-idman hərəkəti). Georgios Pelagias, 48 (qeyri-idman hərəkəti). Rauf Əliyev, 54 (qeyri-idman hərəkəti). Aqil Məmmədov, 88 (oyunun bərpasını gecikdirdiyi üçün). Juninyo, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Şahin Cəfərov.
Lənkəran şəhər mərkəzi stadionu. 9500 tamaşaçı.

1

Qarabağ

22

13

6

3

36-13

45

2

Qəbələ

22

13

2

7

34-21

41

3

Bakı

22

12

3

7

39-22

39

4

Neftçi

22

11

6

5

34-25

39

5

İnter

22

11

4

7

34-25

37

6

Xəzər L

22

7

8

7

22-30

29

7

Simurq

22

7

7

8

23-19

28

8

AZAL

22

6

7

9

22-31

25

9

Rəvan

22

1

7

14

12-42

10

10

Sumqayıt

22

1

6

15

14-42

9


Bombardirlər: Vaqif Cavadov (İnter), Daniel Subotiç (Qəbələ) - 10. Reynaldo Silva (Qarabağ), Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı) - 8. Mindauqas Kalonas (Bakı/Simurq), Leonardo da Silva (Qəbələ) - 7. Əfran İsmayılov (Bakı), Cavid Hüseynov (Bakı) - 6.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X