"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Olimpik Marsel" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 31 yaşlı hücumçu Sedrik Bakambunu rənglərinə bağlayıb.
Konqolu forvard 3 illik müqaviləyə imza atıb.
Son olaraq Çinin "Beytszin Qoan" klubunda çıxış etmiş Bakambu 87 oyunda 58 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
"Qarabağ" "Marsel" ilə ilk matçını fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.