"Roma"nın 23 yaşlı ulduzu Miralem Pjaniçin adı son zamanlar "Barselona" ilə birgə hallanır.
İdman24.az xəbər verir ki, ulduzun meneceri isə bu iddiaları inkar edib. "Calcioemercato.it"ə danışan menecer "Miralem tamamilə "Roma"dakı karyerasına köklənib. Klubda məmnundur. "Barsa"nın onunla maraqlandığı iddia olunur. Heç kim mənimlə, yaxud klubla bu mövzuda görüşməyib", deyib.
Qeyd edək ki, oyunçunun "Roma" ilə 2015-ci ilə qədər müqaviləsi var.
İdman24.az