“Qarabağ”ın yeni transferi Leandro Andrade sabiq klubu “Çerno More”ylə vidalaşıb.
Fanat.Az xəbər verir ki, 22 yaşlı portuqaliyalı yarımmüdafiəçi "İnstagram" səhifəsin paylaşım edərək Bolqarıstan klubunda gözəl anlar yaşadığını vurğulayıb:
“Karyeramın bir il yarımını unudulmaz xatirələr və ömürlük dostluqlar yaratdığım bu fantastik klubda keçirdim. Mənə verdiyi fürsətə görə baş məşqçiyə, həmçinin komanda yoldaşlarıma və davamlı dəstəkdən ötrü azarkeşlərə təşəkkür edirəm. Kluba və orda çalışan bütün insanlara uğurlar arzulayıram. Bir gün yenidən görüşənədək!”.
Qeyd edək ki, Leandro Andrade “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb.
Mirağa