14:17 14.01.2022 870

Günün transfer xəbərləri: "Nyukasl" hərəkətdə, "Barselona" Demiri bəyənmədi

Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

"Sky Sports" saytı: "Vest Hem" Qabiqolun transferi ilə bağlı "Flamenqo"dan cavab gözləyir. "Çəkiclər" braziliyalı futbolçunu 18 aylıq icarəyə götürmək niyyətindədir. Qabiqol özü də İngiltərədə oynamaq və İtaliyadakı uğursuzluqdan sonra özünü bərpa etmək istəyir.

"Tuttomercatoweb" saytı: “Nyukasl” gözlərini "Roma"nın üzvü Kris Smollinqə göz dikib. A Seriyası təmsilçisinin baş məşqçisi Joze Mourinyu da futbolçunun qalmasında maraqlı deyil. "Nyukasl"ın Fellaini ilə maraqlandığı da məlum olub

"Fichajes" nəşri: "Bayern Münhen" "Frayburq"ün futbolçusu Niko Şlotterbek üçün mübarizədə "Real Madrid"i qabaqlayır. 

Futbol insayderi Matteo Moretto: Luiş Nani azad agent olaraq "Venesiya"ya keçməyə yaxındır.

Futbol insayderi Canluka Di Martsio: "Bolonya" və "Cenoa" da Naniyə təklif göndərib. Ancaq "Venesiya" transferi rəsmiləşdirmək üzrədir.

Fred Kaldeyra (TNT Sports Brasil): "Flamenqo" Andreas Pereyranı transfer etmək istəyir. Braziliya klubu artıq “Mançester Yunayted”ə 10 milyon avro təklif edib. Ancaq Pereyra klubda xoşbəxtdir deyə getməyi düşünmür.

Canluka Di Martsio: Jeremi Menez "Recina"dan Malta təmsilçisi "Spartans"a icarəyə keçməyə yaxındır. Fransız futbolçunun "Recina" ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.

"Fiorentina"nın baş direktoru Co Baronenin "Mediaset" saytına açıqlaması: “Biz Duşan Vlahoviçin gələcəyi ilə bağlı tezliklə qərar verməsini gözləyirik. Onun qalacağı, və ya gedəcəyi ilə bağlı cavaba ehtiyacımız var. Gec cavab verməsi bizim gələcək taleyimizə pis təsir edə bilər. İki gün öncə Duşandan dərhal qərar qəbul edib hesabat verməsini xahiş etmişdik. Əks halda klubun atacağı addım onun xoşuna gəlməyəcək”.

"Daily Telegraph" nəşri: "Mançester Siti" "Atletiko Paranaense"nin sol cinah müdafiəçisi Abner Vinisiusla maraqlanır. 

"Daily Star" nəşri: “Mançester Siti” “Flamenqo”nun yarımmüdafiəçisi Mateus Fransanı öz klubuna keçməyə razı salmağa çalışacaq. Klub futbolçunu 83 milyon funt sterlinq qarşılığında satacaq. 17 yaşlı Fransa ilə “Real Madrid” də maraqlanır. 

"Aftonbladet" idman xəbəri saytı: "Bayern Münhen" 16 yaşlı isveçli sol cinah müdafiəçisi Matteo Peres Vinlöfün transferi üçün "Hammarbi" ilə razılığa gəlib. Vinlöf bir müddət klubun U-19 komandasında oynayacaq. 

İvan Juma (Metaratings): "Nyukasl" Aleksandr Qolovin üçün "Everton" və "Vest Hem"lə rəqabət aparmağa hazırdır.

"Barselona"nın rəsmi saytı: "Barselona" Yusuf Demiri almamaq qərarına gəlib. Futbolçu məxsus olduğu "Rapid" klubuna qayıdıb. O, Kataloniya təmsilçisinin heyətində 9 oyun keçirib.

Baş tutmuş transfer xəbərləri:

Ənvər Əl Qazi (26 yaşlı vinger)

"Aston Villa"dan (İngiltərə)  "Everton"a (İngiltərə) icarəyə verilib. Əl Qazi 2021/22 mövsümünün sonuna qədər "Everton"da çıxış edəcək. "Ayaks"ın və "Lill"in keçmiş futbolçusu bu mövsüm 12 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Sedrik Bakambu (30 yaşlı hücumçu)

"Pekin Qoan"dan (Çin) "Marsel"ə (Fransa) transfer olunub.
Futbolçu kluba azad agent olaraq keçib. Müqavilənin müddəti 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulur. 

Serdar Gürler (30 yaşlı oyunçu)

"Konyaspor"dan (Türkiyə) "İstanbul Başakşehir"ə (Türkiyə) keçib.
Transfer məbləği -  802 min avro təşkil edir. Müddəti 3,5 illik müqavilə imzalanıb. Gürler bu mövsüm 20 oyun keçirib, 4 qol vurub və 8 məhsuldar ötürmə edib. 

Filip Benkoviç (24 yaşlı mərkəz müdafiəçisi)

"Lester"dən (İngiltərə) "Udineze"yə (İtaliya) transfer olunub.
Futbolçu kluba azad agent olaraq keçib. Müqaviləsinin müddəti 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Bruno Nazario (26 yaşlı oyunçu)

"Hoffenhaym"dan (Almaniya) "Vasko da Qama"ya (Braziliya) cəlb olunub.
Müqaviləsinin müddəti 31 dekabr 2022-ci il tarixinədək nəzərdə tutulur.

Borxa Mayoral (24 yaşlı oyunçu)

"Real Madrid"dən (İspaniya) "Xetafe"yə (İspaniya) icarəyə verilib.
Mayoral 2021/22 mövsümünün sonuna qədər "Xetafe"nin uğurları üçün çalışacaq.

Qonzalo Vilyar (23 yaşlı oyunçu)

"Roma"dan (İtaliya) "Xetafe"yə (İspaniya) icarəyə verilib.
Futbolçu klubda 2021/22 mövsümünün sonuna qədər oynayacaq.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

09:45

Ərəb şeyxi Taysonu fikrindən döndərdi - "Ovlamalı olduğumuz bir dovşan var"

09:23

"Şamaxı"nın 4 yeni oyunçusunun komandaya qoşulacağı tarix bilindi

09:00

"Mən qarşısıalınmaz olacam" - Lamin Yamal

00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

22:14

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açıldı

21:48

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

21:23

Niderland millisinin sabiq futbolçusu "Liverpul"da - RƏSMİ

20:48

Kurtinaytis "Sabah"ın ÇL-dəki rəqiblərini dəyərləndirdi

Facebookdan bizi izləməyi unutmayın.
X