İngiltərənin "Everton" klubunun baş məşqçisi Rafael Benites postundan qovulmaq üzrədir.
Fanat.Az xəbər verir ki, bu barədə futbol insayderi David Ornşteyn (“Athletic UK”) öz "Twitter" səhifəsində məlumat yerləşdirib: “Everton”dan indilik rəsmi təsdiq yoxdur, lakin Rafael Benitesin baş məşqçi postundan qovulması gözlənilir.
Xatırladaq ki, hazırda "Everton" klubu İPL-in turnir cədvəlində 19 xalla 15-ci yerdə qərarlaşıb.
Emin