Uruqvay millisinin formasını da geyən "Napoli"nin qolçusu Edinson Cavani gələn mövsüm də italyan klubunda qala biləcəyini qeyd edib.
İdman24.az xəbər verir ki, oyunçu "Real Madrid"lə heç bir razılığa gəlmədiyini və "Napoli"də məmnun olduğunu söyləyib: ""Real" ən güclü klublardan biridir. Amma transfer məsələsində dəqiqləşən bir şey yoxdur. Mənim də gələcək barədə məlumatım yoxdur".
Qeyd edək ki, ulduz keçən mövsüm 43 matçda 38 qol vurub.
İdman24.az