Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Hindistanın Lakhau şəhərində keçirilən “HSBC BWF World Tour Super 300” turnirində mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, indoneziyalı legioner 1/16 final mərhələsində Hindistan təmsilçisi Sourabh Verma ilə qarşılaşıb.
Edi gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə 2:1 (15:21, 21:19, 21:18) hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.