Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin taleyinə gələn həftə aydınlıq gələ bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bir yandan "Legiya Varşava" ilə münasibətləri yoluna qoymağa çalışan, digər tərəfdən xidmətində maraqlı olan klublarla danışıqları davam etdirən Emreli seçim qarşısındadır.
Onu rənglərinə bağlamaq istəyən klublar arasında Zaqreb "Dinamo"su, Krakov "Visla"sı, eləcə də, Türkiyənin iki Super Liqa təmsilçisi - "Başakşehir" və "Sivasspor" da var. Ancaq Mahirin "Dinamo" ilə "Başakşehir"dən birini seçəcəyi bildirilir. Hazırda bu iki klub "Legiya" ilə danışıq aparır və futbolçuya 3 milyon avro qiymət qoyan Varşava klubu ilə ortaq məxrəcə gəlməyə çalışır.
Mirağa