"Səbail" təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, paytaxt klubu I Divizon təmsilçisi MOİK-lə üz-üzə gəlib.
"Dalğa Arena"da keçirilən görüş "Səbail"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda qolları Cavid Tağıyev (19), Ruslan Hacıyev (28), Camal Araqo (58) vurub.
Qeyd edək ki, "Səbail" ilk yoxlama görüşündə "Keşlə"ə 0:2 hesabı ilə uduzub.