"Azərbaycan millisi 6-cı dəfə Avropa çempionatının final mərhələsində çıxış edir ki, bu da rəqib üçün müsbət haldır".
Fanat.Az xəbər verir ki, bunu futzal üzrə Gürcüstan milli komandasının kapitanı Zviad Kupatatdze Avropa çempionatında Azərbaycan yığmasına qarşı keçirəcəkləri D qrupunun ilk tur matçından öncə mətbuat konfransında deyib.
O bildirib ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektivin bu cür turnirlərdə oynamaq təcrübəsi var: "Biz isə təcrübəsiz komandayıq. Bununla belə, şanslar bərabərdir. Bu qarşılaşmada xırda məqamlar həlledici olacaq. Oyunçularımız yaxşı formadadır. İlk oyuna tam hazırıq".
Qeyd edək ki, dekabrın 22-də keçiriləcək Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.