Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün sonuncu yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi Şimali Makedoniyanın "Şkupi" klubu ilə qarşılaşıb.
Matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Aleksandr Baqanın başçılıq etdiyi komanda buna kimi daha iki oyunda qüvvəsini sınayıb. Almaniyanın "Berliner AK" komandası ilə görüşdə 2:5 hesabı ilə uduzub, Polşa "Yagelloniya"sı ilə qarşılaşma isə 0:0 hesabı ilə bitib.