Niderlandda davam edən futzal üzrə Avropa çempionatında millimizin yer aldığı D qrupunda daha bir oyun baş tutub.
Fanat.Az xəbər verir ki, İspaniya və Bosniya və Hersoqovinanın duelində pireneylilər qələbə qazanıb - 5:1.
Səkkizinci titul uğrunda mübarizəyə inamlı qələbə ilə başlayan İspaniyanın qollarını Raul Qomez, Raul Kampos, Losano və Ortis (2) vurublar. Bosniya və Hersoqovinanın təsəlli qoluna isə Boskoviç imza atıb.
Qeyd edək ki, millimiz dünən startda Gürcüstana 2:3 hesabı ilə uduzub.