Türkiyə I Liqasında 22-ci turunun oyunu yarımçıq qalıb.
Fanat.Az xəbər verir ki, turun son görüşündə millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" "Eyüpspor"un qonağı olub.
"Timsahlar"ın 5-ci sırada qərarlaşan rəqibi ilə dueli Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Matç güclü qar üzündən 16-cı dəqiqədə dayandırılıb. Oyun dayandırılana qədər "Eyüpspor" hesabı açmağa imkan tapıb. Qarşılaşma sabah 20:00-da qaldığı yerdən davam etdiriləcək.
Onu da qeyd edək ki, Namikin Türkiyə I Liqasında debütü məhz "Eyüpspor"la birinci dövrədəki görüşə təsadüf edib. Ötən il avqustun 28-də Bursada baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, "Bursaspor" 20 oyunda 20 xal toplayaraq 17-ci pillədə qərarlaşıb.