"Vulverhempton"un ev oyunlarını keçirdiyi "Molinyu" stadionunda yanğın olub.
Fanat.Az İngiltərə klubun rəsmi saytına istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.
Yanğına qısa qapanma səbəb olub. Kluba ciddi maddi ziyan dəydiyi bildirilib.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu, hazırda icarə əsasında Portuqaliya "Tondela"sında çıxış edən Renat Dadaşov müqavilə ilə "Vulverhempton"a məxsusdur.