Region Liqasında çıxış edən "Xan Lənkəran" həftəsonu yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, mövsümün ikinci yarısına hazırlaşan cənub təmsilçisi təlim-məşq toplanışı çərçivəsində I Divizionda çıxış edən "Sumqayıt-2" ilə gücünü sınayıb.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu Zaur Nuruzadə vurub.
Beləliklə, "Xan Lənkəran" yeni baş məşqçisi İbrahim Uzuncanın debütünə qələbə hədiyyə edib.