Fevralın 1-dən 2-dək Bakı şəhərində AFFA tərəfindən C kateqoriyalı məşqçi lisenziyasının yenilənmə kursları keçiriləcək.
Fanat.Az xəbər verir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği 100 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 55 511 20 78
E-mail: [email protected]
Sənədlər yanvarın 28-dək qəbul olunur (günün sonunadək)